Beynəlxalq kredit reytinqi agentliyi Fitch, dolların yüksəlməsinə qarşı ən həssas Ukrayna, Türkiyə və Argentina olduğunu açıqlayıb (Bu ölkələrin milli valyutaları nəzərdə tutulur).
FED.az xəbər verir ki, agentliyin açıqlamasında "Ukrayna, Türkiyə və Argentina dolların yüksəlməsinə qarşı ən həssas ölkələrdir" deyilir.
Fitch açıqlamasında, "ABŞ dollarının bahalaşamsı inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq yaradır. ABŞ-da istiqraz faizlərinin 3%-ə yüksəlməsi ilə Türkiyə, Argentina, Ukrayna və Braziliyanın pul vahidləri daha çox artan təzyiq hiss etdilər" ifadələrini istifadə edib.
Fitch, 10 inkişaf etməkdə olan ölkə arasında ən yumuşaq pul siyasətinin Türkiyədə olduğunu qeyd edib.