2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar olub və nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu barədə Dövlət Statistika Komitəsinin göstəriciləri deyir.
FED.az sizə Azərbaycana daha çox valyutanın hansı ölkədən daxil olduğu və hansı ölkələrə axdığı haqda məlumatı təqdim edir.
İlk olaraq ixracdan başlayaq. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın
- 26,9 faizini İtaliyaya,
- 8,8 faizini Türkiyəyə,
- 7,0 faizini İsrailə,
- 5,2 faizini Hindistana,
- 4,7 faizini Çexiyaya,
- 4,4 faizini Almaniyaya,
- 3,9 faizini Tayvana (Çinin əyaləti),
- 3,8 faizini İndoneziyaya,
- 3,6 faizini Kanadaya,
- 3,3 faizini Portuqaliyaya,
- 3,1 faizini Rusiyaya,
- hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana,
- 2,3 faizini İspaniyaya,
- qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.