“Prezident İlham Əliyev Nairlər kabinetinin iclasında hökumətin qarşısında yeni tələblər qoyub”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, sosial-iqtisadi durumla bağlı əsas problemlərdən biri də vəziyyətin qeyri-müəyyənliyidir: “Bu gün dünyada heç kim xəstəliyin nə qədər davam edəcəyini və insanların həyat tərzinə təsirlərini təxmin edə bilməz. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın, yarana biləcək təhdidlərin qarşısı alına bilsin. Büdcəyə dəyişikliklər təklif edilərək ölkəmizdə artan xərclərinin makroiqtisadi sabitliyə xələl gətirməməsi məsələsi də nəzərə alınıb”. (Apa)