"Azərbaycana pul köçürmələrində artım müşahidə edilir. Banklarla kommunikasiya və müşahidələrimiz onu göstərir ki, artım Rusiyada yaşayan azərbaycanlıların köçürmələri ilə əlaqədardır".
AMB sədri: "Azərbaycan banklarında sanksiya ilə üzləşəcək hal aşkar edilməyib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev deyib.
O bildirib ki, Rusiyada mənzil və digər əmlaklarını satan vətəndaşlar vəsaitlərini Azərbaycana köçürürlər.
Rusiya və digər ölkə vətəndaşlarına Azərbaycanda bank hesabları açılması məsələsinə gəlincə, T. Əliyev deyib ki, AMB-nin banklarda hesabların açılması ilə bağlı qaydalarına əsasən rezidentlərin qeyri-rezidentlərə hesabların açılması müddəaları müəyyən edilib. Banklar xarici vətəndaşlara hesab açarkən bu qaydaları nəzərə almalıdır. "Mərkəzi Bank tərəfindən Rusiya vətəndaşlarına kart açılması ilə bağlı banklara hər hansı bir təlimat verilməyib", - deyə AMB-nin Baş direktoru əlavə edib. (Apa)