Rusiyanın yarma istehsalçıları pərakəndə satış şəbəkələrinə noyabrda qarabaşaq, yulaf və lopa halına salınmış bəzi dənli bitkilərin qiymətlərini 10-20% artırmaq planları barədə xəbərdarlıq ediblər.
Eləcə də bax: Rusiyadan buğda ixracına görə - Rüsum Qalxacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant" yazır.
Qiymət artımının səbəbi kimi xammal və qablaşdırmanın bahalaşmasını göstərilir. Qarabaşağın qiymət artımı isə Altay diyarında məhsul yığımı ilə bağlı problemlərlə bağlıdır.
Ekspertlər yeni məhsulun bazara çıxması ilə qiymətlərin sabitləşəcəyini gözləyirlər.