Rusiya hökuməti şəkər ixracını müvəqqəti dayandırıb.
Azərbaycanın Gürcüstana satdığı şəkərin həcmi - 10 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Telegram" kanalında məlumat verilib.
Hökumət bu qərarı daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.
Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir.
Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək:
Ermənistan 28 min ton;
Belarus 5 min ton;
Qazaxıstan 120 min ton;
Qırğızıstan 28,5 min ton.
Xatırladaq ki, aprel ayında Rusiya hökuməti 2024-cü ildə taxıl ixracı üçün 5 milyon ton həcmində əlavə tarif kvotasını təsdiqləyib. Bu qərar iyunun 30-dək qüvvədə olacaq. (Apa)