2024- cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6 milyard 555,0 milyon manat vəsait daxil olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bundan əlavə büdcədən 5 milyard 253,0 milyon manat vəsaitxərclənmiş, büdcənin icrasında 1 milyard 302,0 milyon manatlıq profisit yaranıb.
Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 11,5%, xərcləsi isə 43,5% artıb.