Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2,995 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,1% çoxdur.
Eləcə də bax: Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını - ARTIRIR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, dövriyyənin əsas hissəsini idxal təşkil edib. Belə ki, 2021-ci ildə Azərbaycan Rusiyadan 2,074 mlrd. dollarlıq məhsul idxal edib ki, bu da illik müqayisədə 5,7% çoxdur.
Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul buğdadır. Ötən il Azərbaycana Rusiyadan 315,192 mln. ABŞ dolları (535,826 mln. manat) dəyərində 1 094 236,81 ton buğda tədarük olunub.
Azərbaycanın Rusiyadan idxal etdiyi əsas məhsulların siyahısı:
(Apa)