Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan tərəvəz idxalını artıracaq.
Eləcə də bax: Azərbaycan 2021-ci ildə pomidor ixracını - 23% AZALDIB
FED.az xəbər verir ki, bu barədə “Haber Global” bildirir.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) verilən açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib.
Qeyd edilir ki, Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcək: "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verilib".
“Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxildir. (Report)