2022-ci ilin ilk 3 ayı ərzində (1-ci rübdə) Azərbaycandan 38 milyon 822 min dollar dəyərində 31 min 763 ton pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycan meyvə-tərəvəz ixracını - 8%-DƏK ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 21 milyon 259 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 82,6%, miqdar ifadəsilə 62,7% artıb.
2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 386 ton pomidor ixrac edilmişdi. Martda 14 milyon 305 min dollar dəyərində 11 min 377 ton pomidor ixrac edilib.
Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilir. (Marja)