2025-ci ilin yanvar ayında ölkədə 9430,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.