2022-ci ildə Azərbaycan kartof ixracını 15,2%, idxalını 13% azaldıb.
2022-ci ildə Azərbaycan alma ixracını 23% - GƏLİRİ 39% ARTIRIB
FED.az xəbər verir ki, 2022-ci ildə Azərbaycan $35 milyon 121,66 min dəyərində (azalma 13,9%) 78,301 min ton kartof (azalma 15,2%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $33 milyon 446,65 min dəyərində (azalma 13%) 73,677 min ton kartof (azalma 13,7%) ixrac edilib. Hesabat ilində Azərbaycandan kartof ixracının 94%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycana $41,788 milyon dəyərində (azalma 6,6%) 159,725 min ton kartof (azalma 12,7%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüları İran ($10 milyon 369,13 min dəyərində 41,647 min ton), Rusiya ($11 milyon 388,68 min dəyərində 45,274 min ton), Türkiyə ($7 milyon 779,54 min dəyərində 31 min ton) olub.
2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min dəyərində 92,343 min ton kartof ixrac edib. (İnterfaks-Azərbaycan)