Azərbaycan 2022-ci ildə $52 milyon 8,7 min dəyərində 82,291 min ton təzə alma ixrac edib.
Rusiyaya satış dayanandan sonra Polşanın alma biznesi çöküb – «MİLYON TONLUQ BAZARI İTİRMİŞİK»
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2021-ci illə müqayisədə alma ixracı miqdar ifadəsində 23,1%, dəyər ifadəsində 39,2% artıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2022-ci il ərzində RF-yə $50 milyon 180,3 min dəyərində (artım 38,9%) 77,115 min ton təzə alma (artım 22,6%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 93,7%-i Rusiyanın payına düşüb. (İnterfaks-Azərbaycan)