2022-ci ildə Azərbaycan 147,632 min ton təzə xurma ixrac edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,2% azdır.
2022-ci ildə Azərbaycan alma ixracını 23% - GƏLİRİ 39% ARTIRIB
FED.az xəbər verir ki, ixrac edilmiş xurmanın dəyəri $91 milyon 586,68 min (azalma 12,5%) təşkil edib.
Xurmanın əsas ixrac bazarı Rusiya olub: 2022-ci ildə RF-yə $106 milyon 412,61 min dəyərində (azalma 9,14%) 130,927 min ton təzə xurma (azalma 8,4%) ixrac edilib. Bu dövrdə təzə xurma ixracının 88,7%-i RF-nin payına düşüb.
Sayca ikinci iri ixracatçı Ukrayna olub. Bura $4 milyon 787,32 min dəyərində 14,124 min ton xurma göndərilib.
2021-ci ildə Azərbaycan $125 milyon 895,03 min dəyərində 174,158 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi (bütün tədarükün 82%-i) Rusiyanın payına düşüb. (İnterfaks-Azərbaycan)