Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən sansiyalardan sonra Polşanan alma tədarükçülərinin də Rusiya bazarına yolu bağlanıb.
FED.az xəbər verir ki, nəticədə Polşalı fermerlər və şirkətlər Rusiya bazarını itirdiklərinə görə, böyük zərərlə üzləşiblər.
Qeyd edək ki, müharibədən əvvəl Polşa dünyanın ən böyük alma ixracçısı idi. İndi isə yerli mətbuat bildirir ki, Rusiya bazarı bağlanandan sonra yerli fermerlər əllərindəki almanı haraya satacaqlarını bilmirlər, bəzi bölgələrdə artıq alma bağlarının sökülməsinə başlanılıb.
Polşanın Bağbanlar birliyinin sədri Miroslav Malişevski bildirib ki, ölkənin alma bazarı artıq çöküb və bu Rusiyaya alma ixracının dayanması ilə bağlıdır. O bildirib ki, bundan əvvəl Polşa hər il Rusiyaya milyonlarla ton alma göndərirdi. İndi bu bazar bağlanıb, Polşa başqa ölkələrə alma ixracını artırıb və ya yeni bazarlar tapıb. Hazırda Polşa almaları Misir, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və hətta Kolumbiyaya satılır. Polşa təkcə Misirə ildə 160 min ton alma satır. Tezliklə almaların İndoneziya və Malayziyaya da satışı başlayacaq.
Amma bu bazarlar Rusiya bazarının itkilərini kompensasiya edə bilmir.
Artıq bəzi fermerlər bağlanını söküb yeni məhsullara çevirirlər. Təşkilat rəhbəri bu məsələdə hökumətin və Avropa İittifaqının köməyinə ümid edirlər.
Polşada fermerlərin digər problemi Ukrayandan gətirilən rüsumsuz məhsullardır. Avrorpa İttifaqı Ukraynaya dəstək üçün onun məhsullarına «yaşıl işıq» yandırıb. Amma nəticədə yerli fermerlər öz məhsullarının satışında problemlə üzləşiblər.