Rusiya sualtı donanmasının imkanları NATO-da narahatlıq yaratmağa başlayıb.
Rəşad Nəbiyev: "Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb"
FED.az xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” nəşri yazıb.
Nəşri bildirir ki, NATO üzvləri “Rusiya sualtı donanmasının imkanlarına görə həyəcan təbili çalırlar”. Belə bir fikir “Rus sualtı strategiyası – Putin su altında necə hökmranlıq etməyi planlaşdırır” materialında yer alıb.
Məqalənin müəllifi İzabel van Brugen bildirir ki, NATO-nun narahatlığı Rusiyanın son illərdə ABŞ və kontinental Avropada yüksək dəyərli hədəfləri vura bilən bir sıra sualtı qayıqlar istehsal etməsindən qaynaqlanır. Qeyd edilir ki, Rusiya dünyanın ən çoxşaylı sualtı donanmalarından birinə malikdir ki, bu donanmaya digərləri ilə yanaşı, nüvə başlıqları ilə ballistik raketlər daşıya bilən gəmilər də daxildir.
Newsweek-in köşə yazarının fikrincə, Rusiya öz donanmasını müharibələrdə eskalasiyanı idarə etmək üçün alət kimi istifadə edə bilər, çünki adi (nüvə olmayan) Rusiya donanmasının silahlarından yaranan təhlükə potensial düşmənləri digər sahələrdə öz üstünlüklərindən istifadə etməkdən çəkindirə bilər.
Narahatlıqlar həm də kritik infrastruktur üçün potensial təhlükə ilə bağlıdır.
ABŞ Rusiya Dəniz Tədqiqatları İnstitutunun direktoru Maykl Peterson, "Ruslar transatlantik internet kabellərini kəssələr, nə baş verəcəyini təsəvvür edə bilərsiniz - bunun böyük maliyyə nəticələri olacaq və həmçinin ABŞ ilə kontinental Avropa arasında əlaqəni ciddi şəkildə məhdudlaşdıracaq" deyə bildirib.