Yaponiyanın “Mitsubishi Electric” şirkəti Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın hərbi əməliyyatı ilə əlaqədar öz məhsullarının Rusiya bazarına tədarükünü dayandırır.
Eləcə də bax: “Intel” və “AMD” Rusiyaya tədarükü - DAYANDIRDILAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Mövcud logistik və maliyyə vəziyyətinə görə biz Rusiyaya tədarükü dayandırmaq məcburiyyətindəyik, biznesin fəaliyyətini davam etdirmək çətindir”, – şirkətin verdiyi açıqlamada deyilir.
Qeyd edək ki, “Mitsubishi Electric” Rusiya bazarında elektron məhsullar, o cümlədən kondisionerlər, məişət texnikası və sənaye avtomatlaşdırılması üçün avadanlıqlar təklif edir