2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.
Bu ötən illə müqayisədə 0,6 milyon dollar və ya 17% azdır.
Ötən ilin yanvar-fevral aylarında "Azərkosmos" 3,6 milyon dollarlıq xidmət ixrac etmişdi.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2024-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886,1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.