2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 009 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 388 ədəd və ya 3,4 dəfə azdır.
2023-cü ilin yanvar-sentyabr aylarında 3 397 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3,2 dəfə artaraq 1 629 ədəd təşkil edib.