2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 1 057 ədəd və ya 2,7 dəfə çoxur.
2024-cü ilin yanvar-aprel ayında Azərbaycanda 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.
Bu ilin və ötən ilin 1 may tarixinə ehtiyatda qalan mal olmayıb.