“Zəyəm Texnologiyalar Parkı” ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, əsas əməliyyat gəlirləri 7 milyon 942 min manat, maya xərci 7 milyon 95 min manat, ümumi mənfəəti isə 847,2 min manat təşkil edib.
İllik müqayisə ilə əsas əməliyyat gəlirləri 2 milyon 532 min manat (46,8%), maya xərci 2 milyon 331 min manat (48,9%), ümumi mənfəəti isə 201,4 min manat (31,2%) artıb.
Sair əməliyyat gəlirləri 24,9 min manat (29,9%) azalaraq 58,4 min manata düşüb.
Şirkət kommersiya xərclərini 62,1 min manat (2,9 dəfə) artıraraq 94,1 min manata, inzibati xərclərini 436,9 min manat (54%) artıraraq 1 milyon 242 min manata çatdırıb. Sair əməliyyat xərcləri isə 19,5 min manat (14,2%) azalaraq 118,1 min manata düşüb.
Hesabat dövründə şirkət 548,9 min manat əməliyyat mənfəəti əldə edib. Bu da son bir il ərzində 303,3 min manat və ya 2,2 dəfə artım deməkdir.
Maliyyə xərcləri 120,4 min manata, amortizasiya xərcləri 1 milyon 56 min manata bərabər olub.Maliyyə xərclərində 28,4 min manat (31%) artım qeydə alınsa da, amortizasiya xərclərində 521 min manat (33%) azalma baş verib.
Beləliklə, “Zəyəm Texnologiyalar Parkı” ASC 2023-cü ili 1 milyon 726 min manat xalis zərər ilə yekunlaşdırın. Halbuki, 2022-ci ildə 1 milyon 915 min manat xalis zərər etmişdi. İllik müqyaisədə Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri 189 min manat, başqa sözlə 10% azalıb.
“Zəyəm Texnologiyalar Parkı” ASC ötən il 22 milyon 874 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 224 min manat (1%) azalıb.
Öhdəliklər isə 1 milyon 502 min manat (11,4%) artaraq 14 milyon 678 min manata yüksəlib.
Balans kapitalında isə 1 milyon 726 min manat (17,4%) azalma baş verib və 8 milyon 196 min manata düşüb.