“VİP Aviasiya Xidmətləri Şirkəti” ötən ilin maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət 31,6 milyon manat gəlir əldə edib. Gəlirlərin payı son bir ildə 8,6 milyon manatdan çox (37,7%) artıb.
Maya dəyərinin 9 milyon manat olması ilə şirkətin ümumi mənfəəti 22,6 milyon manatdan çox (38,7%) olub. Bu göstərici də illik müqayisədə 6,3 miyon manat çoxdur.
“VİP Aviasiya Xidmətləri Şirkəti” inzibati və digər əməliyyat xərclərini 277 min manatdan çox (3,8%) artıraraq 7,5 milyon manata çatdırıb.
Əməliyyat gəlirləri isə 15,6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6,4 milyon manat (69,1%) çoxdur.
Birgə müəssilərə yatırılmış investisiyalardan gəlir payı 10 dəfədən çox artaraq 2,7 milyon manatı keçib.
Məzənnə fərqi üzrə xalis zərər 2,6 dəfə artaraq 17,1 min manat olub.
3,1 milyon manata yaxın mənfəət vergisi ödənişindən sonra şirkət 2022-ci ili 15,8 milyon manatdan çox xalis mənfəətlə başa vurub. Bu da ötən illə müqayisədə 2,1 dəfə çoxdu. Şirkət 2021-ci ili 7,4 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
“VİP Aviasiya Xidmətləri Şirkəti”nin cəmi aktivləri 51,5 milyon manat təşkil edib. Bu da son bir ildə 7 milyon manata yaxın (11,9%) azalma deməkdir.
Şirkətin öhdəlikləri də təxminən 2,9 milyon manat (10,9%) azalıb və 28,4 milyon manat təşkil edib.
Kapitalın həcmində isə 4,1 milyon manat (12,7%) azalma qeydə alınıb və 28,2 milyon manatdan çox olub.
Nizamnamə kapitalı dəyişməyərək 100 min manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 28,1 milyon manat olub ki, bu da illik fərqlə 4,2 milyon manat (13%) azalma deməkdir.