“VIP Xidmətlər Qrupu” 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili cəmi 8 milyon 47 min manat xalis mənfəətlə tamamlayıb. Halbu ki. 2022-ci ildə 15 milyon 845 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik mənfəətin 7 milyon 798 min manat və ya 49% azalması deməkdir.
Hesabat dövründə şirkətin cəmi gəlirləri 2 milyon 385 min manat və ya 7,5% azalaraq 29 milyon 219 min manata düşüb. Maya dəyəri 2 milyon 540 min manat, başqa sözlə 28,3% artaraq 11 milyon 507 min manata yüksəlib.
Nəticədə şirkətin ümumi mənfəəti 17 milyon 712 min manata bərabər olub ki, bu da illik müqayisədə 4 milyon 925 min manat başqa sözlə 21,8% azalma deməkdir.
“VIP Xidmətlər Qrupu” son bir il ərzində inzibati və əməliyyat xərclərini 987 min manat və ya 13,1% artıraraq 8 milyon 512 min manata çatdırıb.
Digər xərclərdə 58,6 min manat və ya 11,9% azalma baş verib və 433 min manata düşüb.
Əməliyyat gəliri bu dövrdə 8 milyon 768 min manata bərabər olub ki, bu da illik 6 milyon 836 min manat, başqa sözlə 44% azalma deməkdir.
Xidmətlər Qrupunun investisiyalar üzrə dividend gəlirləri 1 milyon 386 min manata bərabər olub ki, bu da illik 716 min manat (2,1 dəfə) artım deməkdir.
Birgə müəssisələrə yatırılmış investisiyalardan gəlir payı 143,8 min manata bərabər olub ki, bu da 2022-ci ilin göstəricilərindən 2 milyon 597 min manat (19,1 dəfə) azalma deməkdir.
Maliyyə xərci isə 84,1 min manat 2,2 dəfə artaraq 151,8 min manat, mənfəət vergisi ödəmələri isə 958 min manat (31%) azalaraq 2 milyon 126 min manata bərabər olub.
"VİP Xidmətlər Qrupu" ötən il 52 milyon 47 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 401 min manat və ya 0,8% artıb.
Öhdəliklər 6 milyon 260 min manat (26,8%) azalaraq 17 milyon 127 min manata düşüb.
Balans kapitalı isə 6 milyon 661 min manat (23,6%) artaraq 34 min 920 manata yüksəlib.