Azərbaycanın böyük sənaye müəssisələrindən olan “Suraxanı mașınqayırma zavodu” 2022-ci ilin nəticələri üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il zavodun əməliyyat gəlirləri 7 milyon 685 min manat olub ki, bu da 2021-ci ildən 32% və ya təqribən 2 milyon manat artıqdır.
Şirkətin xərcləri də 1,7 milyon manat artaraq 5 milyon 995 min manata yüksəlib. Nəticədə zavod ili 1,7 milyon manat əməliyat mənfəəti ilə başa vurub.
2022-ci ildə “Suraxanı mașınqayırma zavodu” ASC-nin kommersiya xərcləri 1 milyon 124 min manat olub. Nəticədə zavodun vergidən əvvəlki mənfəəti 470 min manat, 94 min manatlıq vergi ödənişindən sonrakı xalis mənfəəti isə 376 min manat olub.
Bu 2021-ci ildəki xalis mənfəətdən 92 min manat və 32% artıqdır.
2022-ci ildə “Suraxanı mașınqayırma zavodu”nun aktivləri cüzi – 1% azalaraq 9 milyon 814 min manat olub.
Bu dövrdə şirkətin uzunmüddətli aktivləri təqribən 2 dəfə artaraq 2,6 milyon manatdan 5 milyon manata yüksəlib.
Qısamüddətli aktivlər isə 7,3 milyon manatdan 4,8 milyon manata enib.