“Status Sığorta Brokeri” MMC 2023-cü ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət ötən il 17,4 min manat gəlir əldə edib. Halbuki 2022-ci ili 18,4 min manat zərərlə başa vurmuşdu.
“Status Sığorta Brokeri” MMC-nin əsas əməliyyat gəlirləri 4,4 min manat, sair gəlirləri 30,7 min manat, cəmi gəlirləri 35,1 min manat, xərcləri isə 17,5 min manat təşkil edib.
Gəlirlər ilik müqayisədə 8 dəfə (30.8 min manat) artıb, lakin xərclər 22,4% (5.1 min manat) azalıb.
“Status Sığorta Brokeri” MMC-nin akitvləri 2023-cü ildə 57,4 min manat təşkil edib. Aktivlər son bir ildə 17,4 min manat və ya 23,3% azalıb.
Şirkətin öhdəlikləri dəyişməyib və 123,4 min manat olaraq qalıb.
Mənfidə olan balans kapitalı 66 min manat olub ki, bu da ilik müqayisədə 17,4 min manat və ya 35,9% çoxdur.