2024-cü ilin sonuna "Silk Vey Vest Aviaşirkəti” MMC-nin işçilərinin sayı 1 139 nәfәr olub.
FED.az bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
İllik müqayisədə işçilərin sayı 38 nəfər artıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda “Silk Vey Vest Aviaşirkəti”ndə 1101 nəfər işləyirdi.
“Silk Vey Vest Aviaşirkəti”ndə 2024-cü ilin mart ayının sonuna işçi sayı 1089 nəfər, iyun ayının sonuna 1108 nəfər, sentyabr ayının sonuna isə 1123 nəfər təşkil edib.
Rüb ərzində isə şirkət işçilərinn sayı 16 nəfər, ayrım il ərzində isə 31 nəfər artıb.