"Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa Tikinti və İdarəetmə Xidməti" PHŞ 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, qurum ötən ili 93,7 min manat xalis mənfəətlə başa vurub., 23,4 min manat mənfəət vergisi ödəyib.
Publik Hüquqi Şəxs ötən il 873,5 min manat gəlir əldə edib, əməliyyat xərcləri 756,4 min manat təşkil edib.
Xərclərin 679,1 min manatı əmək haqqı, 27,5 min manatı icarə, 26,8 min manatı köhnəlmə, 3 min manatı bank, 20 min manatı isə digər xərclər olub.
Ötən il qurumun aktivləri 331 milyon 986 min manat, öhdəlikləri 331 milyon 392 min manat, kapitalı 593,7 min manat təşkil edib.
Balans kapitalının 500 min manatı nizamnamə kapitalının, 93,7 min manatı isə bölüşdürülməmiş mənfəətin payına düşüb.