Bu ilin birinci yarısında Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun xalis mənfəəti 56,34 mlrd. ABŞ dolları olub, bu da illik müqayisədə 10,5% azalma deməkdir.
Bu barədə FED.az şirkətin hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 62,96 mlrd. dollar səviyyəsində olub.
Hesabata əsasən, ilin birinci yarısındə çirkətin Sərbəst pul axını illik müqayisədə 22,8% azalaraq 41,7 mlrd. dollar təşkil edib, əsaslı xərclər isə 19,5% artaraq 22,96 mlrd. dollara çatıb.
Qeyd edək ki, Saudi Aramco neft hasilatı və neft ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkətlərindən biridir (Apa).