Noyabrın 1-də toyuq əti və məhsullarına iki il müddətinə tətbiq edilən yüksək tarifin vaxtı başa çatır. Təhlillər göstərir ki, yüksək rüsum tətbiq edildikdən sonra quş ətinin idxal azalmayıb, əksinə, 2 dəfəyə yaxın artıb.
FED.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu ilin birinci yarısında idxalın həcmi 12 min 912 ton təşkil edib. Bu, 2017-ci ilin yanvar-iyun ayından 119 ton və ya 1% azdır.
Hökumətin 2016-cı ilin oktyabrında bir sıra məhsullara yüksək idxal rüsumlarının tətbiqi haqqında proteksionist qərarı qəbul ediləndən qabaq quş əti və onun məhsullarının idxalı 7 min 628 ton təşkil edib.
Xatırladaq ki, quş ətinin idxalına görə idxal rüsumu 1 dollar/kq təşkil edir. Noyabrın 1-dən etibarən tarif malın gömrük qiymətinin 15%-dək azalacaq.
© Contact