Ölkənin ən kiçik maliyyə təşkilatlarından olan "Qardaşlar Mebel" 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin gəlirləri və xalis mənfəəti aşağı düşüb.
Məlumata görə mebel şirkətinin cəmi gəlirləri 14 milyon 919 min manat təşkil edib. Gəlirlər illik müqayisə 146,6 min manat və ya 1% azalıb.
Sair əməliyyat gəlirləri 11,5 min manat və ya 9,3% azalaraq 112,5 min manata düşüb.
Bununla yanaşı, şirkətin inzibati xərcləri 3 milyon 946 min manat təşkil edib. Bu da illik 718,1 min manat, başqa sözlə 22,2% artıqdır.
Sair əməliyyat xərcləri 601 min manat (5,8%) azalma ilə 9 milyon 809 min manata düşüb.
Ümumilikdə isə mebel şirkətiin əməliyyat mənfəəti 1 milyon 276 min manata bərabər olub. Bu da illik 275,2 min manat və ya 17,7% azalmadır.
Şirkətin mənfəət vergisi ödəmələri 55,1 min manat (17,8%) azalaraq 255,2 min manat bərabər olub.
"Qardaşlar Mebel" 2024-cü ili 1 milyon 21 min manat mənfəətlə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 241 min manat xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, xalis mənfəət 220 min manat və ya 17,7% azalmışdı.
“Qardaşlar Mebel” ötən il 8 milyon 759 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 965 min manat və ya 12,4% artıb.
Şirkətin öhdəlikləri 482 min manat və ya 46,5% azalaraq 555 min manata düşüb.
Balans kapitalı 8 milyon 204 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 448 min manat (21,4%) çoxdur.
Şirkətin bölüşdürülməmiş mənfəəti isə 894 min manata (28.3%) yaxın artımla 4 milyon 53 min manata yüksəlib.