"Maybo" МMС 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin satış gəliri 13,3 milyon manata bərabər olub ki, bu da, ötən ilə nisbətən 2,7 milyon manat (25,9%) artımdır.
Gəlirlərin artması fonunda, satışın maya dəyəri 8,6 milyon manat, ümumi və inzibati xərclər isə 1,4 milyon manat təşkil edib.
Müsbət hal kimi, şirkət satış və dağıtım xərclərini 31 min manata endirərək 21 min manat (40,4%), maliyyə xərclərini isə 9 min manata endirərək 21 min manat (70,0%) azaltmağa nail olub.
Bu amillərin birgə təsiri ilə şirkətin xalis əməliyyat mənfəəti 3 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 1,3 milyon manat və ya 73,5% artım deməkdir.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 3 milyon manata bərabər olub. İl ərzində 1,3 milyon manat (76%) artım baş verib.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 1,1 milyon manat və ya 78,6% daha çoxdur.
Kapital artıb, öhdəliklər kəskin azalıb
Şirkətin cəmi aktivləri 10,2 milyon manat səviyyəsində demək olar, dəyişməz qalıb.
Əmlak və avadanlıqlar 1,7 milyon manata çatıb. Əvvəlki ilə nisbətən 1,4 milyon manat və ya 6,9 dəfə artım baş verib. Verilmiş avanslar 688 min manata enərək 1,3 milyon manat (2,9 dəfə), mal-materiallar isə 1,2 milyon manata enərək 819 min manat (40,4%) azalıb.
Bu dövrdə debitor borcları 3,8 milyon manata bərabər olub. Son bir il ərzində 984 min manat (34,4%) artım olub, pul vəsaitləri isə 2,7 milyon manata bərabər olub ki, bu da illik 160 min manat (5,6%) azalma deməkdir.
əmi kapital 5,7 milyon manata yüksəlib. Son bir il ərzində 755 min manat (15,2%) artım baş verib. Bu artım, birbaşa olaraq il ərzində əldə edilən mənfəətin hesabına bölüşdürülməmiş mənfəətin 5,7 milyon manata çatması ilə bağlıdır.
Cəmi öhdəliklər 4,5 milyon manat təşkil edib. 2023-cü ilə nəzərən 764 min manat (14,6%) azalma baş verib
Bu azalmanın əsas səbəbi, alınmış avansların 555 min manata enərək 1,1 milyon manat (2,9 dəfə) və kreditor borclarının 714 min manata enərək 870 min manat (2,2 dəfə) azalmasıdır.
Bununla yanaşı, şirkət 850 min manatlıq yeni bank krediti cəlb edib.