"Kred Aqro" BOKT MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 87,7 min manat mənfəətlə başa vurub. 2022-ci ildə isə 284,1 min manat xalis mənfəət əldə etmişdi. Görünən odur ki, illik müqayisədə xalis mənfəətdə 196,4 min manat və ya 3,2 dəfə azalma baş verib.
Təşkilatın mənfəət vergisi xərci də 672,5 min manat (26,3 dəfə) azalaraq 26,5 min manata düşüb.
Hesabat dövründə BOKT-un faiz gəlirləri 1 milyon 466 min manat, xərcləri 236,7 min manat, xalis faiz gəlirləri 1 milyon 269 min manat təşkil edib.
2022-ci ildə faiz gəlirləri 1 milyon 109 min manat, xərcləri 78,6 min manat, xalis faiz gəlirləri 1 milyon 31 min manat təşkil edib.
BOKT-un işçi heyəti üzrə xərcləri 1 milyon 205 min manat, köhnəlmə və amortizasiya xərcləri 230,5 min manat, ümumi və inzibati xərclər 491,4 min manat, xalis qeyri-faiz xərcləri 1 milyon 131 min manat təşkil edib.
İllik müqayisədə işçi heyəti üzrə xərcləri 72 min manat (6,4%), köhnəlmə və amortizasiya xərcləri 40,1 min manat (21,1%) artıb, ümumi və inzibati xərclər 214,3 min manat (30,4%), xalis qeyri-faiz xərcləri 961 min manat (45,9%) azalıb.
"Kred Aqro" BOKT ötən il 8 milyon 574 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 247 min manat və ya 2,8% azalıb.
BOKT-un kredit portfelində 21 min manatlıq (0,4%) cüzi artım baş verib və 5 milyon 337 min manata çatıb.
Öhdəliklər isə 335 min manat və ya 8,6% azalaraq 3 milyon 575 min manata düşüb.
Balans kapitalında 88 min manat (1,8%) artım baş verib və 4 milyon 999 min manatadək yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi ötən il 2 milyon 953 min manat , 2022-ci ildə 2 milyon 865 min manat təşkil edib.