"Kəpəz"in 2024-cü il üçün makiyyə vəziyyəti bəlli olub.
FED.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.
Klubun ötən il üçün gəlirləri 3 milyon 711 min təşkil edib. Bu illik 750 min manat və ya 25,3% artqıdır.
Sponsorlardan daxilolmalar - reklam gəlirləri 59 min 800 manat, sair gəlirlər 127 min 900 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 3 milyon 109 min 700 manat, UEFA-nın həmrəylik və pul mükafatları 413 min 900 manat olub.
Ötən klubun ponsorlardan daxilolmalar - reklam gəlirləri, sair gəlirlər, həmrəylik və pul mükafatları olmayıb. Futbolun İnkişafı Fondundan daxilolmalar 148 min manat və ya 5% artıb.
Klub tərəfindən əməkhaqqı və mükafat xərclərinə 2 milyon 199 min manat ayrılıb. Bu da il ərzində 200 min manat (10%) artım deməkdir.
Klubun sair xərcləri 134 min manat (12,9%) artımla 1 milyon 174 min manata, cəmi əməliyyat xərcləri 389 min manat (12,6%) artımla 3 ilyon 485 min manata yüksəlib.
"Kəpəz" FK ötən ili 219,5 min manat mənfəətlə başa vurub, halbuki əvvəlki il 171 min manat zərərdə idi.