Azərbaycanın müxtəlif bölgələrində müxtəlif istiqamətlər üzrə mühafizə xidmətinin təşkilini həyata keçirən "Kapital Security" QSC 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, mühafizə şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 5 milyon 14 min manat təşkil edib. Satışdan gəlirlər 2022-ci illə müqayisədə 2 milyon 920 min manat və ya 2,4 dəfə artıb.
Satışın maya dəyəri isə 2 milyon 754 min manat (4,5 dəfə) artaraq 4 milyon 733 min manat təşkil edib.
Beləliklə, mühafizə şirkətinin ümumi mənfəəti 280,7 min manat olub ki, bu da illik müqayisədə 164,9 min manat (2,4 dəfə) çoxdur.
Bundan başqa şirkətin inzibati xərcləri 0,9 min manat və ya 6,7% min manat artaraq 14,3 min manata yüksəlib.
Hesabat dövründə mühafizə şirkəti 266,4 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəəti son bir ildə 164 min manat, başqa sözlə 2,6 dəfə artıb.
Beləliklə, "Kapital Secuity" şirkəti 2023-cü ili 209,3 min manat xalis mənfəət ilə başa vurub. Halbuki 2022-ci ili 78,8 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı. Şirkətin xalis mənfəətin həcmi illik müqayisədə 130,5 min manat və ya 2,7 dəfə artıb Hesabat dövründə şirkət 55,9 min manat mənfəət vergisi ödəyib. Bu da son 2022-ci illə müqayisədə 32,8 min manat və ya 2,4 dəfə çoxdur.
Bu dövrdə "Kapital Security" QSC 920,9 min manat cəmi aktivlərə malik olub. Akitvlər son bir ildə 312,3 min manat (50,3%) artıb.
Öhdəliklər isə 2022-ci illə müqayisədə 103 min manat (20,2%) artaraq 612,4 min manata yüksəlib.
Hesabat dövründə şirkətin balans kapitalı 320,5 min manata yaxın olub ki, bu da illik müqayisədə 209,3 min manat və ya (2,9 dəfə) çoxdur.
Mühafizə şirkətinin bölüşdürülməmiş mənfəətinin həcmi 2,7 dəfə (130,5 min manat) artaraq 209,3 min manata yüksəlib. Nizamnamə kapitalı dəyişməyib və 2 000 manat olaraq qalıb.