2023-cü ilin yanvar-oktaybr aylarında "Best Logistik" MMC 37,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Best Logistik" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 5-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 31,4 milyon dollar 6,2 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Best Logistik" MMC 6 milyon dollar dəyərində məhsul ixrac edib.