2023-cü ilin yanvar-oktaybr aylarında "Baku Steel Company" QSC 58,7 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Baku Steel Company" QSC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 22,4 milyon dollar 61,7% artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində ""Baku Steel Company" QSC 36,3 milyon dollar dəyərində məhsul ixrac edib.