Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 520 milyon 829 min manat, satışının maya dəyəri 1 milyard 383 milyon 597 min manat , nəqletmə xərcləri 76 milyon 562 min manat , qazın yeraltı anbarlara vurulması xərcləri 13 milyon 133 min manat, anbarlardakı itkilərə görə zərəri 7 milyon 505 min manat , anbarlardan qazın götürülməsi xərcləri 12milyon 096 min manat , magistral xətlərdəki itkilərə görə zərəri 4milyon 512 min manat , texnoloji sərfiyyat xərcləri 2milyon 091 min manat , işçi heyəti ilə bağlı xərcləri 2 milyon 554 min manat , tranzit haqları xərci 156 min manat , qaz nəqlindən gəlirləri 34milyon 101 min manat , faiz gəlirləri 2milyon 768 min manat, faiz xərcləri 33 min manat , digər xərcləri 2 milyon 931 min manat , mənfəət vergisi ödəmələri isə 10milyon 827 min manat təşkil edib.
İllik müqayisə ilə təbii qaz satışından gəlirləri 153 milyon 886 min manat (9%), satışının maya dəyəri 1 milyard 25 milyon 12 min manat (2%) azalıb , nəqletmə xərcləri 1 milyon 916 min manat (3%) artıb , qazın yeraltı anbarlara vurulması xərcləri 546 min manat (4%) azalıb, anbarlardakı itkilərə görə zərəri 244 min manat , anbarlardan qazın götürülməsi xərcləri 819 min manat (7,3%) artıb , magistral xətlərdəki itkilərə görə zərəri 281 min manat (6%) azalıb, texnoloji sərfiyyat xərcləri 142 min manat (7%) , işçi heyəti ilə bağlı xərcləri 1 milyon 396 min manat (2,2 dəfə) , tranzit haqları xərci 97 min manat (2,6 dəfə) artıb.
Bundan başqa , qaz nəqlindən gəlirləri 673 min manat (2%) azalıb , faiz gəlirləri 1 milyon 406 min manat (2 dəfə) artıb, faiz xərcləri 792 min manat (25 dəfə) azalıb, digər xərcləri 1 milyon 552 min manat (2,1 dəfə) artıb, mənfəət vergisi ödəmələri isə 26 milyon 287 min manat (3,4 dəfə) azalıb.
2023-cü ili 41 milyon 703 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci ilə nisbətən 106 milyon 400 min manat və ya 3,6 dəfə azdır.
Ötən il "Azərkontrakt"ın aktivləri 636 milyon 399 min manat olub. Bu da illik müqayisədə təxminən 63 milyon 698 min manat 11% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 21 milyon 995 min manat və ya 6% artaraq 363 milyon 087 min manata, balans kapitalı isə 41 milyon 703 min manat və ya 18 % artaraq 273 milyon 312 min manata çatıb.
Məlumat yenilənir...