2023-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti 0,79 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən,Naxçıvan MR Dövlət Energetika Xidməti qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində sonuncu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,02 milyon dollar 2,6 artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində Naxçıvan MR Dövlət Energetika Xidməti 0,77 milyon dollar dəyərində məhsul ixrac edib.