Milli Depozit Mərkəzi (MDM) 2023-cü ili 69 min manat zərərlə başa vurub.
FED.az bu barədə Mərkəzin hesabatına istinadən xəbər verir.
Mərkəz 2022-ci ili 712 min manat xalis mənfəətlə tamamlamışdı.
Ötən il MDM-in əməliyyat gəlirləri 4 milyard 759 milyon manat , əməkhaqqı xərcləri 2 milyard 26 milyon manat , sosial ödəmələr üzrə xərcləri 490 min manat, amortizasiya xərcləri 415 min manat , peşəkar xidmətlərə görə xərcləri 217 min manat , istifadə olunmamış məzuniyyət xərcləri 78 min manat, sığorta xərcləri 13 min manat , əlavə inzibati xərcləri 496 min manat , digər gəlirləri 196 min manat , digər xərcləri 1 milyard 548 milyon manat , xalis maliyyə gəlirləri 129 min manat, yenidən qiymətləndirmə üzrə gəlirləri isə 130 min manat təşkil edib.
2022-ci ildə isə istifadə olunmamış məzuniyyət xərcləri, yenidən qiymətləndirmə üzrə gəlirləri və digər xərcləri üzrə göstəriciləri olmayıb.
İllik müqayisə MDM-in əməliyyat gəlirləri 438 milyon manat və ya 10,1%, sosial ödəmələr üzrə xərcləri 20 min manat və ya 4,3%, sığorta xərcləri 3,6 min manat və ya 44,4% artıb. Amortizasiya xərcləri 140 min manat, başqa sözlə 25,2%, digər gəlirləri 353 min manat 2,8 dəfə azalıb.
Bu il yanvarın 1-nə Milli Depozit Mərkəzinin aktivləri 9 milyon 10manat olub. Bu da illik müqayisədə 151 min manat, başqa sözlə 1,7 % azdır.
Bu dövrdə Mərkəzin öhdəlikləri 81 min manat 3,2 % azalaraq 2 milyon 519 min manata, balans kapitalı isə 152 min manat və ya 1,1 % azalaraq 6 milyon 492 min manata düşüb.