2023-cü ilin avqust ayında 6,1 milyon dollar dəyərində ilkin meşə fındığı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin avqust ayı ilə müqayisədə 2,6 milyon dollar 74,3% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 3,5 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.