“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC 2023-cü il maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 953 min manat xalis mənfəətlə başa vurub. Bu illik müqayisə ilə 590 min manat və ya 2,6 dəfə çoxdur. Şirkət 2022-ci ili 363 min manat mənfəətlə yekunlaşdırıb.
Sığorta və təkrarsığorta brokeri hesabat dövründə 187 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisə ilə 73 min manat və 64% çoxdur.
Bu dövrdə şirkətin broker haqqı üzrə göstəriciləri 2 milyon 52 min manat, əməliyyat xərcləri 1 milyon 60 min manat, əməliyyat mənfəəti 1 milyon 144 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə broker haqqı üzrə göstəriciləri 369 min manat (22%) artıb, əməliyyat xərcləri 135 min manat (11% azalıb), əməliyyat mənfəəti isə 665 min manat (2,4 dəfə) artıb.
“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC 2023-cü ildə 6 milyon 429 min manat aktivlərə malik olub.- Aktivlər son bir il ərzində 1 milyon 391 min manat 28% artıb.
Şirkətin öhdəlikləri 938 min manat və ya 23% artaraq 5 milyon 3 min manata yüksəlib.
Balans kapitalı 1 milyon 426 min manat, nizamnamə kapitalı 1 milyon 416 min manat təşkil edib. Hər iki göstərici 453 min manat, başqa sözlə 47% artıb.