“GL” ASC (Sizin Lombard) şirkəti ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, lombard şirkətinin ötən il faiz gəlirləri 16 milyon 298 min manat, faiz xəcləri 4 milyon 766 min manat, xalis faiz gəlirləri 11 milyon 532 min manata bərabər olub.
İllik müqayisədə faiz gəlirləri 1 milyon 305 min manat (8,7%), faiz xəcləri 339 min manat (7,7%), xalis faiz gəlirləri 967 min manat (9,2%) artıb.
Ötən il "GL"ASC-nin haqq və komissiya gəlirləri 305 min manat, xərcləri 148 min manat təşkil edib. Son bir ildə haqq və komissiya gəlirləri 536 min manat (2,8 dəfə), xərcləri 19 min manat (11,4%) azalıb.
Ümumi və inzibati xərclər 595 min manat (8,3%) artaraq 7 milyon 764 min manata yüksəlib.
773 min manat mənfəət vergisi ödənişindən sonra lombard şirkəti ötən ili 2 milyon 876 min manat xalis mənfəətlə başa vurub. 2022-ci illə müqayisə etdikdə mənfəət vergisi ödəmələrində 21 min manatlıq (3%) azalma, xalis mənfəətdə isə 137 min manat (4,5%) azalma qeydə alınıb.
“GL” ASC ötən iı 44 milyon 673 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 70 min manat (10%) artıb.
Aktivlərin 39 milyon 524 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib ki, bu da illik müqayisədə 5 milyon 220 min manat və ya 15,2% artım deməkdir.
Öhdəliklər 3 milyon 994 min manat (10,4%) artaraq 42 milyon 338 min manata yüksəlib.
Öhdəliklərin 18 milyon 397 min manatını müddətli borc öhdəlikləri, 21 milyon 655 min manatını isə buraxılmış borc qiymətli kağızları təşkil edib. İllik müqayisə ilə müddətli borc öhdəlikləri 294 min manat (2%), buraxılmış borc qiymətli kağızları isə 3 milyon 861 min manat (21,7%) artıb.
Balans kapitalı 77 min manat (3,4%) artaraq 2 milyon 336 min manata çatıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 174 min manat (7,7%) azalaraq 2 milyon 81 min manata düşüb.
Hesabat ilində lombard şirkətinin nizamnamə kapitalı son bir il ərzində 250 min 625 manat, başqa sözlə 63,5 dəfə artaraq 4 min 10 manatdan 254 min 635 manata çatdırılıb.