«AmrahBank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində bankın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 57,9% azalaraq 10,4 mln. manat, faiz xərcləri 41,5% azalaraq 8,4 mln. manat, qeyri-faiz gəliri 26,3% azalaraq 7,1 mln. manat, qeyri-faiz xərcləri 13% azalaraq 0,671 mln. manat təşkil edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri 235,1 mln. manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 8,3% azdır. Bunun 97,4 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Son 9 ayda bankın kredit portfelində 32,4% artım müşahidə olunub.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 7,7% azalaraq 187,1 mln. manat təşkil edib ki, bunun da 140 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 0,4% azalma müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 10,2% azalaraq 47,9 mln. manat təşkil edib.
Buna da baxın: “Bank Avrasiya”nın xalis mənfəəti 0,9 mln. manata çatıb
“AmrahBank” son 9 ayda kredit portfelini 32,4% artırıb
15:11
7 Noy 2017