İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, fondun faiz gəlirləri 79 milyon 387 min manat , faiz xərcləri 44 milyon 469 min manat, ehtimal olunan kredit zərəri 730 min manat, haqq və komissiya gəlirləri 1 milyon 173 min manat, haqq və komissiya xərcləri 1 milyon 729 min manat , digər gəlirləri 1 milyon 367 min manat insan resursları üzrə xərcləri 6 milyon 669 min manat , inzibati və digər xərcləri isə 5 milyon 99 min manat təşkil edib.
İllik müqayisə ilə faiz gəlirləri 13 milyon 395 min manat (20,3%) , faiz xərcləri 8 milyon 932 min manat (25,1%) artıb, gözlənilən kredit zərəri 460 min manat (38,7%) , haqq və komissiya gəlirləri 311 min manat (21%) azalıb, haqq və komissiya xərcləri 428 min manat (33%) ,digər gəlirləri 36 min manat (2,7%) , insan resursları üzrə xərcləri 1 milyon 135 min manat (20,5%), inzibati və digər xərcləri isə 335 min manat (7%) artıb.
Fond ötən ili 23 milyon 233 min manat mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 2022-ci illə müqayisədə 13,4 % çoxdur.
Ötən il İKZF 2 milyard 793 milyon 465 min manat cəmi aktivlərə malik olub ki, bu da illik müqayisədə 393 milyon 484 min manata 16,4 % çoxdur.
Aktivlərin 2 milyard 5 milyon 998 min manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 297 milyon 883 min manat 17,4 % böyüyüb.
Hesabat dövründə Fondun öhdəlikləri 282 milyon 553 min manat və ya 20,3 % artaraq 1 milyard 676 milyon 617 min manata yüksəlib.
Bundan əlavə burxaılmış qiymətli kağızlarının dəyəri 278 milyon 837 min manat və ya 20,3 % artaraq 1 milyard 646 milyon 852 min manata bərabər olub.
Balans kapitalı isə 1 milyard 116 milyon 848 min manat olub ki, bu da illik müqayisədə 110 milyon 931 min manat və ya 11 % çoxdur.
Bundan başa nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artaraq 980,7 milyon manata bərabə olub.