“İMA-Energy” QSC 2022-ci ili 3 milyon 860 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Həmin dövrdə şirkət 964,9 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2022-ci il tarixinə “İMA-Energy” QSC-nin əsas əməliyyat gəlirləri 26 milyon 776,7 min manat, əsas əməliyyat xərcləri 13 milyon 747,1 min manat təşkil edib.
Xərclərin 2 milyon 613,8 min manatı əməyin ödənilməsi, 7 milyon 769,6 min manatı material, 8 milyon 54 min manatı işlərin aparılması xərcləridir.
Hesbat dövründə şirkətin cəmi aktivləri 22 milyon 560 min manat, cəmi kapitalı 3 milyon 904 min manat, cəmi öhdəlikləri isə 18 milyon 656 min manat olub.
"İMA-Energy” QSC 2022-ci ildə 22 milyon 559,7 min manat aktivlərə malik olub.
Şirkətin öhdəlikləri isə 18 milyon 655,8 min manat təşkil edib.
Balans kapitalının həcmi 3 milyon 903,9 min manat təşkil edib. Bu dövrdə İMA-Energy” QSC-nin bölüşdürülməmiş mənfəətinin həcmi 3 milyon 898,9 min manat olub.
IMA Energy QSC 2009-cı ildən elektrik layihələndirmə sənayesinə fəaliyyət göstərir.