FED.az Dövlət Gömrük Komitəsinin son hesabatına istinadən xəbər verir ki, Azərbaycanın idxalı hər ay artıb. Əgər 2018-ci ilin il ayında ölkəyə idxal edilən məallarım ümumi həcmi 689 milyon 640 min dollar olubsa, avqustda bu rəqəm artaraq 1 milyard 87 milyon 488 min dollara çatıb.
Xatırladaq ki, iyul ayında da idxalda artım qyedə alınıb - 1 milyard 116 milyon dollar.
Avqust ayında ixracda da artım qeydə alınıb. Hesabata əsasən, ötən ay xarici göndərilən ixrac məhsullarının ümumi dəyəri 2 milyard 131 milyon 803 min dollar təşkil edib. İyul ayında bu göstərici 2 milyard 86 milyon dollara yaxın olub.
Yanvar-avqust aylarında idxalın ümumi həcmi 6 milyard 864 milyon dollara yaxın olub. Bu ilin ilk 8 ayında ölkədən ixrac edilən məhsulların ümumi dəyəri isə bundan 2 dəfə çox - 12 milyard 880 milyon dollar təşkil edib.
