Gəncənin ən böyük otellərindən olan «Gəncə» mehmanxanasının sahibi «Gəncə-Mehmanxana» ASC 2024-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabatdan aydın olur ki, «Gəncə-Mehmanxana» ASC-nin 2024-cü il ərzində ümumilikdə cəmi 187 min manat gəliri olub. 2023-cü ildə gəlirlər daha az idi – 170 min manat. Bu da gəlirlərin son bir il ərzində 18 min manat (10,6%) artması deməkdir.
Bu dövrdə satışın maya dəyəri isə 236 min manat təşkil edib. Nəticədə Otelin 2023-cü il üzrə xərclərin gəlirlərdən artıq olmasına görə ümumi zərəri 48,3 min manat təşkil edib. Ötən ilin eyni dövründə satışın maya dəyəri üzrə xərcləri 237 min manatdan cüzi artıq olub. Ümumi zərər isə 19 min manat (28,2%) azalıb.
2023-cü ildə «Gəncə-Mehmanxana» ASC digər gəlirlər kimi 18,8 min manat da qazanıb, eyni zamanda 7,2 min manat inzibati xərcləri olub. Otelin sair əməliyyat gəlirləri 2,7 min manat (12,6%), inzibati xərcləri 0,5 min manat (6,5%) azalıb.
Nəticədə otel ili 36,7 min manat xalis zərər ilə başa vurub. 2023-cü ildəi zərəri 53,7 min manata bərabər olub ki, bu il ərzində xalis zərərin 17 min manat (31,7%) azalması deməkdir.
Bu dövrdə mənfəət vergisi də ödənilməyib.
Hesabatdan aydın olur ki, 2024-cü ildə «Gəncə-Mehmanxana» ASC-nin aktivləri 75 min manat (4,4% 1 milyon 644 min manata düşüb. Bunun 655 min manatını uzunmüddətli aktivlər, 989 min manatını qısamüddətli aktivlər təşkil edir.
Qısamüddətli aktivlər təqribən 19 min manat və ya 1,9%, uzunmüddətli aktivlər isə 56 min manat və ya 7,9% azalıb
Hesabatdan aydın olur ki, 2024-cü ilin sonuna «Gəncə-Mehmanxana» ASC-nin öhdəlikləri 1 milyon 289 min manat təşkil edib. Bu da illik 74 min manat və ya 5,4% azdır.
Şirkətin kapitalı dəyişməyib və 356 min manat təşkil edir.
Xatırladaq ki, "Gəncə Mehmanxana" ASC 23 iyul 2003-cü ildə yaradılıb, qanuni təmsilçisi Elşad Ələkbərov Kamal oğludur.