Azərbaycanda su, qaz, elektrik sərfiyyatını ölçən cihazlar (sayğaclar) istehsal edən “Gəncə Cihazqayırma Zavodu” ASC-nin 2023-cü il üzrə maliyyə nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, zavod ötən il 12 milyon 318 mln. manatlıq əsas əməliyyat gəlir əldə edib. Bu 2022-ci il müqayisədə 1 milyon 269 min manat və ya 11.5% çoxdur.
Satışın maya dəyəri 972 min manat (9,4%) artaraq 11 milyon 280 min manata çatıb
Beləliklə, cihazqayırma zavodunun ümumi mənfəəti 1 milyon 38 min manata bərabər olub. Bu da illik müqayisə ilə 297 min manat (40,1%) çoxdur.
Hesabat ilində şirkətin inzibati xərcləri 35,6 min manat (62,1%) artaraq 92,9 min manata yüksəlib, sair əməliyyat xərcləri 24,1 min manat (26,5%) azalaraq 66,8 min manata düşüb.
Əməliyyat mənfəəti 878,2 min manata bərabər olub. Bu da illik müqayisədə 273,8 min manat (45%) artım deməkdir.
183,3 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət 2023-cü ili 694,9 min manat xalis mənfəətlə başa vurub.
Mənfəət vergisi ödənişi 60,1 min manat (49%), illik xalis mənfəət isə 213,7 min manat (44%) artıb.
“Gəncə Cihazqayırma Zavodu” ASC ötən iı 14 milyon 685 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 470 min manat (43,8%) artıb.
Balans kapitalı 190 min manat (2,2%) artaraq 8 milyon 925 min manata, bölüşdürülməmiş mənfəətin həcmi isə 190 min manat (2,6%) artaraq 7 milyon 424 min manata yüksəlib.