“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: Azərbaycanın tikinti şirkətinin - VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, əsas əməliyyat gəlirləri 52 milyon 159,6 min manat (47,8% və ya 47,7 milyon manat azalma), satışın maya dəyəri 42 milyon 438,7 min manat (2,1 dəfə və ya 48,2 milyon manat azalma) olub.
İstehsalat Birliyinin ötən ilki ümumi mənfəəti 9 milyon 720,9 min manat olub. Bu göstərici 2018-ci ildə 9 milyon 262,6 min manat olub.
Bundan başqa birliyin sair əməliyyat gəlirləri 1,7 min manat, sair əməliyyat xərcləri 552,9 min manat, kommersiya xərcləri 812,3 min manat,inzibati xərcləri 2 milyon 115,6 min manat olub.
Şirkətin əməliyyat mənfəəti 6 milyon 241,8 min manat olub.
Nəhayət, şirkət 1 milyon 248,4 min manat vergi ödədikdən sonra 2019-cu ili 4 milyon 993,4 min manat xalis mənfəətlə başavurub.
2018-ci ilə görə ötən il xalis mənfəət 4,9 dəfə və ya 3 milyon 973,8 min manat artıb. Qeyd edək ki, şirkətin 2018-ci ildə xalis mənfəəti 1 milyon 19,6 min manat olmuşdu.
Birliyin 2019-cu ildə cəmi aktivləri 79 milyon 305 min manat, cəmi öhdəlikləri 56 milyon 613,4 min manat, cəmi kapitalı 22 milyon 691,6 min manat olub.