“Gəncə Aqro 2” MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, “Gəncə Aqro 2” şirkətinin əsas əməliyyat gəliri 2022-ci ildə 1 milyon 316 min manat ikən, 2023-cü ildə 301 min mnaat və ya 22,9% artaraq 1 milyon 617 min manata yüksəlib.
Satışın maya dəyəri isə 1 milyon 782 min manata bərabər olub ki, bu da illik müqayisədə 286 min manat və ya 13,8% artım deməkdir.
Gəlirin artmasına, xərcin azalmasına baxmayaraq, ümumi xərclər gəlirləri üstələdiyindən “Gəncə Aqro 2” şirkəti zərər ilə işləməkdə davam edib. Məsələn, 2023-cü ildə şirkətin ümumi zərəri 165 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 587 min manat və ya 4,6 dəfə azalma deməkdir.
İnzibati xərclərdə isə 105,9 min manat və ya 12,6% artaraq 943,3 min manata çatıb.
Maliyyə gəlirlərində 67,1 min manat və ya 2,2 dəfə artım baş verib və 121,4 min manat təşkil edib.
197,4 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Gəncə Aqro 2" 2023-cü ili 789,5 min manat xalis zərərlə başa vurub. Lakin 2022-ci ildəki zərəri 843,2 min manat idi. Buna baxmayaraq şirkət zərərini illik 53,7 min manat və ya 6,4% azaldıb.
“Gəncə Aqro 2” MMC ötən il 1 milyon 259 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 529 min mant və ya 29,6% azalıb.
Öhdəliklər 125,8 min manat və ya 96% artaraq 256,8 min manata yüksəlib.
Balans kapitalı isə 8 milyon 527 min manata bərabər olub ki, bu da illik müqayisədə 19 min manat və ya 0,2% azalma deməkdir.